...

"Qarabağ" - "Roma" oyununa bir neçə bilet almağa məhdudiyyət yoxdur

İdman Materials 7 Sentyabr 2017 17:25 (UTC +04:00)
“Qarabağ” ilə Roma arasında keçiriləcək yarışa biletlər şəxsiyyət vəsiqəsi ilə satılır.
"Qarabağ" - "Roma" oyununa bir neçə bilet almağa məhdudiyyət yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 27-də “Qarabağ” - "Roma" oyununa biletlər yalnız şəxsiyyət vəsiqəsi ilə satılır.

“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Trend-ə bildirib ki, bir nəfərin bir neçə nəfər üçün bilet alması ilə bağlı hər hansı məhdudiyyət yoxdur:

“Ancaq əsas odur ki, şəxsiyyət vəsiqələri qaydasında olsun”.

"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılır

"Qarabağ" - "Roma" oyununun biletləri satışa çıxarılır

N.İbrahimov vurğulayıb ki, onlayn bileti aldıqdan sonra vauçeri biletə çevirmək üçün də şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti