...

"Qarabağ" - "Roma": 30 000 bilet satılıb

İdman Materials 12 Sentyabr 2017 03:10 (UTC +04:00)
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir
"Qarabağ" - "Roma": 30 000 bilet satılıb

Bakı. Trend:

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Trend “Qarabağ” Futbol Klubunun saytına istinadla xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 30 minə çatıb.

Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti