...

Azərbaycan - Çexiya oyununun biletləri 1 AZN-dən

İdman Materials 18 Sentyabr 2017 18:00 (UTC +04:00)
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Çexiya oyununun biletləri satışa çıxarılıb.
Azərbaycan - Çexiya oyununun biletləri 1 AZN-dən

Bakı. Trend:

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Çexiya oyununun biletləri satışa çıxarılıb.

Trend-in məlumatına görə, matç oktyabrın 5-i, saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Biletləri aşağıda göstərilmiş satış məntəqələrində əldə etmək mümkündür:

1. Həsən Əliyev küçəsi, 36, Nobel prospekti, 23, AMAY Ticarət Mərkəzinin II mərtəbəsi;
2. Abbas Mirzə Şərifzadə küçəsi, 157;
3. Sülh küçəsi, 197;
4. "28 Mall" Ticarət Mərkəzi, 2-ci mərtəbə;
5. "Gənclik Mall" Ticarət Mərkəzi, 3-cü mərtəbə;
6. M.Rəsulzadə küçəsi, 3;
7. Bül-Bül prospekti, 35 və Nizami küçəsi, Kontinental mağazalar şəbəkəsi;
8. Üzeyir Hacıbəyov küçəsi, 69x, Hökumət evinin arxası.

Biletlərin qiyməti:

VIP – 50 AZN
1-ci kateqoriya – 6 AZN
2-ci kateqoriya – 3 AZN
3-cü kateqoriya – 1 AZN

Məqalədə:
Xəbər lenti

Xəbər lenti