...

AÇ-2017: Azərbaycan millisi yarımfinal yolunda

İdman Materials 29 Sentyabr 2017 11:17 (UTC +04:00)
Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir.
AÇ-2017: Azərbaycan millisi yarımfinal yolunda

Bakı. Trend:

Bakıda qadınlar arasında voleybol üzrə Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, ötən gün iki yarımfinalçı məlum olub. Belə ki, İtaliyanı məğlub edən Niderland və Belarusa qalib gələn Serbiya yığması (hər ikisi 3:0) adını yarımfinala yazdırıb.

Bu gün 1/4 final mərhələsində daha iki qarşılaşma baş tutacaq: Azərbaycan - Almaniya, Rusiya - Türkiyə.

Hər iki qarşılaşma Milli Gimnastika Arenasında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti