...

Azərbaycanlı dənizçi qadın kikboksinq üzrə çempion oldu (VİDEO)

İdman Materials 23 Oktyabr 2017 12:02 (UTC +04:00)
Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kikboksinq üzrə açıq Bakı çempionatı keçirilib.
Azərbaycanlı dənizçi qadın kikboksinq üzrə çempion oldu (VİDEO)

Bakı. Trend:

Oktyabrın 21-22-də Sərhədçi Olimpiya İdman Kompleksində Azərbaycan Kikboksinq Federasiyası və Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kikboksinq üzrə açıq Bakı çempionatı keçirilib.

Yarışın ikinci günündə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Dəniz Nəqliyyat Donanmasının əməkdaşı Fəridə Abdullayeva da öz gücünü sınayıb.

QSC-dən Trend-ə verilən məlumata görə, birinci yerə layiq görülən F.Abdullayeva böyük qətiyyət nümayiş etdirib. O, ilk dəqiqədən rəqibini nokauta salmağı bacarıb.

Qeyd edək ki, F.Abdullayeva Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunudur. Hazırda Dəniz Nəqliyyat Donanmasının Donanmanın istismar xidmətində çalışır. O, uzun müddət karate idman növü ilə məşğul olub. Kikboksinqə isə cəmi iki aydır başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti