Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, ilk oyunda Fransanın "PSJ" klubu İspaniyanın "Real Madrid" klubunu qəbul edib. Oyun İspaniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:2 (ilk oyun - 1:3).
Qollar: K.Ronaldu - 51-ci dəqiqə (0:1), E.Kavani - 71-ci dəqiqə (1:1), Kazemiro - 80-cı dəqiqə (1:2).
Digər oyun isə İngiltərə təmsilçisi "Liverpul" və Portuqaliya təmsilçisi "Portu" arasında keçirilib. Liverpul şəhərində keçirilən oyunda qalib müəyyənləşməyib - 0:0 (ilk oyun - 5:0).
Beləliklə, "Real Madrid" və "Liverpul" klubları UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıblar.