...

Ailə TV-nin tərəfdaşlığı ilə Boulinq üzrə Azərbaycan çempionatı baş tutub

İdman Materials 2 Aprel 2018 19:13 (UTC +04:00)
1 Aprel Boulinq üzrə Azərbaycan Çempionatının növbəti turu keçirilib.
Ailə TV-nin tərəfdaşlığı ilə Boulinq üzrə Azərbaycan çempionatı baş tutub

Bakı. Trend:

1 Aprel Boulinq üzrə Azərbaycan Çempionatının növbəti turu keçirilib.

«Caspian Telecom» mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Boulinq İdman Federasiyasi və ONTOP Boulinq Klubunun təşkilatçılıqı ilə kecirilən Azərbaycan çempionatının 2017-2018 ci-ilin 7-ci turun qalibləri: Liqa B 3-cü yerin qalibi Özal Ələskərli, 2 ci yerin qalibi Fərid Adqözəlov, 1-ci yerin qalibi Müşfiq Vəliyev! Liqa A 3-cü yerin qalibi Zaur Fətizadə 2-ci yerin qalibi Rövşən Hüseynov 1-ci yerin qalibi Vusal Cəfərov olub.

Aprelin 22-si 8-ci yekun tur keçiriləcək, mayın 13-ü isə Azərbaycan Kuboku uğrunda mübarizəyə start veriləcək.

Qeyd edək ki, Boulinq üzrə Azərbaycan çempionatının rəsmi tərəfdaşı Ailə TV televiziya və internet xidmətləri operatorudur. Yarışın qaliblərinə Ailə TV tərəfindən qiymətli hədiyyələr təqdim olunub. Eyni zamanda yarışa Part-a-Part, Choko Time və Az-Granata brendləri dəstək göstəriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti