...

"Barselona" 30-cu dəfə İspaniya Kubokunun qalibi olub (VİDEO)

İdman Materials 22 Aprel 2018 02:43 (UTC +04:00)
"Barselona" öz tarixi ərzdində 30-cu dəfə İspaniya Kubokunun qalibi olub
"Barselona" 30-cu dəfə İspaniya Kubokunun qalibi olub (VİDEO)

Bakı. Trend:

"Barselona" öz tarixi ərzdində 30-cu dəfə İspaniya Kubokunun qalibi olub.

Trend-in məlumatına görə, Kubokun final oyununda "Barselona" və "Sevilya" "Metropalitano" stadionunda qarşılaşıblar. Oyun 0:5 hesabı ilə "Barselona"nın xeyrinə yekunlaşıb.

Oyunda Luis Suarez (14-cü və 40-cı dəqiqə), Lionel Messi (31-ci dəqiqə), Andres İniesta (52-ci dəqiqə) və Koutinyo (69-cu dəqiqə) fərqləniblər.

Qeyd edək ki, "Barselona" bu turnirdə ən çox titula malik komandadır. İkinci pillədə Bilbao şəhərinin "Atlerik" klubu (23 kubok), üçüncü pillədə isə Madridin "Real" klubu (19 kubok) qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti