...

Azərbaycan gimnastı: İnanılmaz hisslər keçirirəm

İdman Materials 27 Aprel 2018 16:02 (UTC +04:00)
Bakıda Dünya Kubokunda böyüklər arasında ilk çıxışımla bağlı inanılmaz hisslər keçirirəm.
Azərbaycan gimnastı: İnanılmaz hisslər keçirirəm

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda Dünya Kubokunda böyüklər arasında ilk çıxışımla bağlı inanılmaz hisslər keçirirəm.

Bunu Trend-ə Azərbaycan gimnastı Veronika Qudis deyib.

O bildirib ki, daha yaxşı çıxış edə bilərdi: “Bu, mənim böyüklər arasında ikinci, Bakıda ilk çıxışımdır. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı olacaq. Mənim əhvalım yaxşıdır, çıxış etmək və işləmək istəyirəm. Burada hər şey mənim xoşuma gəlir”.

Qeyd edək ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

27-29 aprel tarixlərində keçiriləcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edəcək.

Yarışların ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış gimnastların adları müəyyənləşəcək.

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti