...

Lalə Rzazadə Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşüb

İdman Materials 12 Oktyabr 2018 09:21 (UTC +04:00)
Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında çıxış növbəsi ağır atletlərə çatıb.
Lalə Rzazadə Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşüb

Bakı. Trend:

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarında çıxış növbəsi ağır atletlərə çatıb. Qızların yarışında 58 kq çəki dərəcəsində Lalə Rzazadə körpücük üzərinə çıxıb. O, Azərbaycanı Yeniyetmələrin Olimpiya Oyunlarında təmsil edən ilk qadın atlet kimi tarixə düşüb.

Trend-in məlumatına görə, Lalə birdən qaldırma hərəkətində 67 kq-ı ram edərək bu hərəkətdə 6-cı olub.

Atletimiz təkanla qaldırma hərəkətində 80 kq-ın öhdəsindən gəlməyi bacararaq bu hərəkətdə də 6-cı ola bilib.

Toplam 147 kq (67+80) nəticə göstərən Lalə Rzazadə bu çəkinin yekun sıralamasında 6-cı pilləni tutub.

Yarışdan sonra Lalə hisslərini bölüşüb: "Olimpiadada çıxış etmək böyük fəxrdir. Düzdür, istərdim ki, daha yaxşı çıxış edim və Vətənə medalla qayıdım. Ancaq təəssüf ki, bu dəfə alınmadı. Mənim üçün yaxşı təcrübə oldu. Söz verirəm ki, qarşıdakı yarışlarımda daha yaxşı çıxış edəcək, uğur qazanacağam. Məni dəstəkləyən hərə kəsə təşəkkür edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti