...

Azərbaycanlı gimnast: Azərbaycan Gimnastika Federasiyası bizim üçün bütün şəraiti yaradır (FOTO)

İdman Materials 25 Oktyabr 2018 17:52 (UTC +04:00)
Buenos-Ayresdə keçirilmiş yeniyetmələr arasında 3-cü Yay Olimpiya oyunlarında iştirak mənim üçün böyük şərəfdir
Azərbaycanlı gimnast: Azərbaycan Gimnastika Federasiyası bizim üçün bütün şəraiti yaradır (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Buenos-Ayresdə keçirilmiş yeniyetmələr arasında 3-cü Yay Olimpiya Oyunlarında iştirak mənim üçün böyük şərəfdir.

Bunu Trend-ə azərbaycanlı gimnast Səməd Məmmədli Olimpiya Oyunlarının qalibləri və iştirakçılarının qarşılanması mərasimi zamanı deyib.

Olimpiya Oyunlarında idman gimnastikası yarışlarında iştirak edən S.Məmmədli bildirib: “Təəssüf ki, mən istədiyim kimi çıxış edə bilmədim. Yəqin ki, həyəcan özünü büruzə verdi. Amma buna baxmayaraq, yarışlar mənim üçün böyük təcrübə oldu”.

Gimnast həmçinin idmançılar üçün yaradılmış şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib:

“Azərbaycan Gimnastika Federasiyası bizə çox dəstək göstərir. Bizim üçün bütün şərait yaradılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti