...

Cüdoçumuz Özbəkistanda bürünc medal qazanıb

İdman Materials 10 Noyabr 2018 14:36 (UTC +04:00)
Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.
Cüdoçumuz Özbəkistanda bürünc medal qazanıb

Bakı. Trend:

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran-Pri yarışları davam edir.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz üçüncü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.

Qeyd edək ki, Özbəkistan Qran-Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti