...

Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu olub

İdman Materials 10 Noyabr 2018 17:21 (UTC +04:00)
Azərbaycan karateçisi İrina Zaretska karyerasında ilk dəfə dünya çempionu olub.
Azərbaycan karateçisi İrina Zaretska dünya çempionu olub

Bakı. Trend:

Madriddə təşkil olunan çempionatda idmançımız 68 kiloqram çəki dərəcəsində yarışın final görüşündə rusiyalı Viktoriya İsayeva ilə qarşılaşıb.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, rəqibinə qalib gələn İrina Zaretska dünya çempionatının qızıl medalını qazanıb.

Qeyd edək ki, bu gün milli komandamızın üzvü Rəfael Ağayev özbəkistanlı rəqibinə qalib gələrək bürünc medala sahib olub.

Olimpiadanın proqramına daxil edildikdən sonra ilk dünya çempionatına rekord sayda - 140 ölkədən 1147 idmançı, parakarateçilərin yarışında isə 33 ölkədən 100 atlet mübarizəyə qatılıb. Azərbaycan karateçiləri fərdi kata və kumite yarışlarında, eləcə də komandaların kata və kumite və para-karate üzrə turnirdə çıxış edirlər. İdmançılarımız yalnız qadınlar arasında kata komandalarının yarışında tatamiyə çıxmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti