...

"Qarabağ"dan rekord, Mədətovdan ilk

İdman Materials 4 Dekabr 2018 14:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Premyer Liqasının XIII turunun “Qarabağ” - “Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.

Trend-in PFL-ə istinadən verdiyi məlumata görə, meydan sahiblərinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.

“Qarabağ” həm də cari mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, artığını heç bir komanda bacarmamışdı. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümün ilk het-trikinin müəllifi adını qazanıb.

Ağdam klubu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” “Sabah”ı 4 cavabsız qolla yenmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti