...

Gənc velosipedçilərimiz İranda yarışacaq

İdman Materials 2 Mart 2019 05:40 (UTC +04:00)
Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək
Gənc velosipedçilərimiz İranda yarışacaq

Bakı. Trend:

Ölkəmizin şosse velosipedi üzrə gənc oğlanlardan ibarət yığma komandası ilin ilk beynəlxalq yarışında iştirak edəcək.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, heyəti Nəcəf Bağırov, Şahin Eyvazov, Əmral Əbdüləzizli, Əhməd Əhmədov və Elçin Rzazadədən ibarət komandamız İran İslam Respublikasının Kerman şəhərində keçiriləcək “Kerman Turu”nda mübarizə aparacaq.

Martın 2-də start götürəcək 4 günlük yarışda həmçinin İraq, Oman, İordaniya, Pakistan və Əfqanıstan velosipedçiləri də iştirak edəcək. Bundan başqa, ev sahibi İran “Kerman Turu”nda 4 komanda ilə təmsil olunacaq.

İştirakçılar martın 2-də keçiriləcək 1-ci mərhələdə 44 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Növbəti 3 gün ərzində isə müvafiq olaraq 98, 58 və 114 km məsafələrə qrup ötüşməsi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti