...

Güləşçilərimiz Yakutskda 2 medal qazanıb

İdman Materials 11 Mart 2019 16:07 (UTC +04:00)
Rusiyanın Yakutsk şəhərində gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçirilib.
Güləşçilərimiz Yakutskda 2 medal qazanıb

Bakı. Trend:

Rusiyanın Yakutsk şəhərində gənc sərbəst güləşçilər arasında Roman Dmitriev Memorialı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 5 güləşçi təmsil edib.

Onlardan Asxab Həmzətov (92 kq) gümüş, Abubakr Abakarov (79 kq) isə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti