Bakı. Trend:
Avropa Futbol Federasiyaları Birliyi UEFA "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu cərimələmək qərarına gəlib.
Trend-in məlumatına görə, futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Atletiko Madrid"ə qarşı keçirdiyi oyunda qeyri-etik hərəkətinə görə 20 min avro məbləğində cərimə olunub.
Xatırladaq ki, martın 12-də keçirilən oyun zamanı 34 yaşlı hücumçu "Atletiko"nun baş məşqçisi Diyeqo Simeonenin ədəbsiz hərəkətini təkrarlayıb.
Qeyd edək ki, hər iki oyunun nəticəsinə görə, "Yuventus" 3:2 hesablı üstünlüyü ilə turnirin növbəti mərhələsinə yüksəlib.