...

Hemilton İspaniya Qran Prisinin qalibi olub

İdman Materials 12 May 2019 22:59 (UTC +04:00)
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran Prisinin qalibi olub
Hemilton İspaniya Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula 1 üzrə İspaniya Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışı ikinci yerdə onun komanda yoldaşı finlandiyalı Valtteri Bottas, üçüncü yerdə isə "Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen başa vurublar.

Mövsümün ilk 5 yarışından sonra L.Hemilton 112 xal toplayaraq liderlik edir. İkinci yerdə V.Bottas (105 xal), üçüncü yerdə isə M.Ferstappen (66 xal) qərarlaşıblar.

Formula 1 yarışlarının növbəti mərhələsi 24-26 may tarixlərində Monakoda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti