...

Zöhrə Ağamirova və Veronika Qudis Avropa çempionatına hazırlıq barədə: Məqsədimiz yaxşı çıxış etməkdir (FOTO, VİDEO)

İdman Materials 14 May 2019 12:50 (UTC +04:00)
Mayın 16-19-da Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçiriləcək
Zöhrə Ağamirova və Veronika Qudis Avropa çempionatına hazırlıq barədə: Məqsədimiz yaxşı çıxış etməkdir (FOTO, VİDEO)

Bakı. Cani Babayeva - Trend:

Mayın 16-19-da Bakı Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatı keçiriləcək. Böyüklər arasında fərdi hərəkətlərdə Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.

Gimnastlar Trend-ə müsahibələrində Avropa çempionatına hazırlıq barədə danışıblar.

Z.Ağamirova bildirib ki, gimnastikaya 3 yaşında gəlib, əvvəlcə akrobatika ilə məşğul olub, sonra isə bədii gimnastikaya keçib:

“Artıq 14 ildir ki, gimnastika ilə məşğulam. Milli komandaya düşəndə çox sevinirdim, amma eyni zamanda Azərbaycanı təmsil etdiyim üçün böyük məsuliyyət də hiss edirdim. Avropa çempionatına çox az vaxt qalıb, bu yarış mənim üçün çox vacibdir. Mən ciddi məşq edirəm. Məqsədimiz səhvsiz çıxış etməkdir”.

V.Qudis isə gimnastikaya 2 yaşında gəldiyini deyib:

“Mənim xalam həm də məşqçim idi. Milli komandaya qatıldığımı biləndə böyük məsuliyyət hiss etmişdim”.

Çıxışına hazırlıq barədə danışan V.Qudis bildirib ki, kompozisiya zamanı əvvəlcə musiqi seçilir, daha sonra ona uyğun hərəkətlər tərtib olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti