...

Komandamız “İBSA Judo Grand Prix Baku 2019” yarışlarında ikinci yeri tutub (FOTO)

İdman Materials 14 May 2019 23:41 (UTC +04:00)
“İBSA Judo Grand Prix Baku 2019” yarışlarının sonuncu gününə yekun vurulub
Komandamız “İBSA Judo Grand Prix Baku 2019” yarışlarında ikinci yeri tutub (FOTO)

Bakı. Trend:

“İBSA Judo Grand Prix Baku 2019” yarışlarının sonuncu gününə yekun vurulub.

Trend-in məlumatına görə, yarışların ikinci günündə müxtəlif ölkələrdən olan idmançılar 6 qızıl uğrunda mübarizə aparıblar. Ölkəmizi 9 cüdoçu təmsil edib.

Azərbaycanlı idmançı Rövşən Səfərov 90 kq çəki dərəcəsində yarışların gümüş mükafatçısı olub.

Digər paracüdoçumuz Xanım Hüseynova isə 63 kq çəki dərəcəsində qadınların yarışında üçüncü yerə layiq görülüb.

Azərbaycan komandası yarışlarda 3 qızıl, 4 gümüş və 4 bürünc medal qazanmaqla ümumi nəticədə ikinci yerə çıxıb. Yarışların ilk yerini isə 4 qızıl və 4 bürünc medal ilə Özbəkistan komandası qazanıb.
Qadınların yarışında qızıl medalları özbəkistanlı Nafisa Şeripboeva (63kq), meksikalı idmançı Lenia Ruvalkaba Alvares (70kq) və italiyalı Karolina Kosta (+70kq) qazanıblar.

Kişilərin yarışında qızıl medalları iranlı Vahid Nuri (90kq), britaniyalı Kristofer Skelley (100kq) və özbəkistanlı Şirin Şərifov qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti