...

Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc medal qazanıblar (FOTO)

İdman Materials 4 İyun 2019 03:41 (UTC +04:00)
Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər
Azərbaycan cüdoçuları Rumıniyada 1 qızıl, 3 bürünc medal qazanıblar (FOTO)

Bakı. Trend:

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib. Beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, 52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Daha 3 təmsilçimiz, Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorloo Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb. 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti