...

Boksçumuz Avropa Oyunlarına qələbə ilə başlayıb (FOTO)

İdman Materials 21 İyun 2019 16:15 (UTC +04:00)
Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib.
Boksçumuz Avropa Oyunlarına qələbə ilə başlayıb (FOTO)

Bakı. Trend:

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları çərçivəsində boks yarışlarına start verilib.

Trend-in məlumatına görə, Azərbaycan millisinin heyətində öncə 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev rinqə çıxıb.

O, 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb. 3:2 hesabı ilə rəqibini məğlub edən boksçumuz növbəti mərhələyə adlayıb. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

Qeyd edək ki, “Uriçye Arena”da təşkil olunan yarışda bu gün daha iki boksçumuz rinqə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti