...

Tite Braziliya millisini Çin klubuna dəyişir

İdman Materials 5 İyul 2019 18:43 (UTC +04:00)
Braziliya millisinin baş məşqçisi Tite Amerika kuboku başa çatdıqdan sonra yığmanı tərk edəcək
Tite Braziliya millisini Çin klubuna dəyişir

Bakı. Trend:

Braziliya millisinin baş məşqçisi Tite Amerika kuboku başa çatdıqdan sonra yığmanı tərk edəcək.

Trend-in məlumatına görə, Tite Peru ilə final oyunun nəticəsindən asılı olmayaraq, bu addımı atacaq. 58 yaşlı mütəxəssisin Çinin "Beyçzin Qoan" klubuna baş məşqçi təyin ediləcəyi deyilir.

Braziliya Futbol Federasiyası isə yeni baş məşqçi üçün "Qremio"nu çalışdıran Renato Qauşa ilə artıq danışıqlara başlayıb.

Qeyd edək ki, Braziliya ilə Peru arasında final oyunu iyulun 7-i baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti