Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçirilir.
Trend-in məlumatına görə, Azərbaycanın "Neftçi" klubu Rusiyanın Tula şəhərini rəmsil edən "Arsenal" klubunu qəbul edib.
Oyun "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollar: Rauf Əliyev (49-cu dəqiqə), Dario Frederiko (89-cu dəqiqə), Mamadu Mboc (90+3-cü dəqiqə).
Beləliklə "Neftçi" UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Xatırladaq ki, cütün ilk oyununda da "Neftçi" rəqibini məğlub etmişdi (1:0).