...

Polis əməkdaşı 4 qat dünya çempionu oldu

İdman Materials 31 Avqust 2019 12:24 (UTC +04:00)
Avqustun 23-dən 25-dək Rumıniyada Konq-fu sanda üzrə dünya çempionatı keçirilib.
Polis əməkdaşı 4 qat dünya çempionu oldu

Bakı. Samir Əli - Trend:

Avqustun 23-dən 25-dək Rumıniyada Konq-fu sanda üzrə dünya çempionatı keçirilib.

Trend-in məlumatına görə,15 ölkədən 300-dən artıq idmançının qatıldığı bu mötəbər yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Ölkəmizin yığma komandasının tərkibində təmsil olunan Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Şənlik Talıbov inamlı mübarizə aparıb.

Təmsilçimiz çəkisi 85 kiloqramadək olan idmançılar arasında üç döyüş keçirib. Bolqar idmançı ilə qarşılaşan Ş.Talıbov döyüşə üstünlüklə başlayıb və sonadək bu tempi davam etdirib. Daha sonra rumın və macar rəqiblərini də məğlub edən idmançımız dünya çempionatlarındakı qızıl medallarının sayını 4-ə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti