...

"Barselona"nın müdafiəçisinin evi qarət olundu

İdman Materials 16 Sentyabr 2019 20:42 (UTC +04:00)
"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.
"Barselona"nın müdafiəçisinin evi qarət olundu

Bakı. Trend:

"Barselona"nın futbolçusu Samuel Umtitinin evi qarət olunub.

Trend-in məlumatına görə, sentyabrın 14-də Kataloniya klubu La Liqanın 4-cü turunda "Valensiya" ilə (5:2) qarşılaşıb. Fransalı müdafiəçi matçda iştirak etməsə də, stadionda olub. Həmin gün oğurluq hadisəsi ilə bağlı Umtitinin qonşuları polisə məlumat veriblər. Futbolçunun evinə gedən polislər orada boş seyf aşkarlayıblar.

Qeyd edək ki, bir müddət əvvəl "Barselona"nın futbolçusu Jordi Albanın da evi qarət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti