...

Tamaşaçı: Milli Gimnastika Arenasının tribunalarında mühit çox xoşdur

İdman Materials 18 Sentyabr 2019 11:26 (UTC +04:00)
Bədii gimnastika üzrə dünya çempionatının yarışları baxımlı keçir
Tamaşaçı: Milli Gimnastika Arenasının tribunalarında mühit çox xoşdur

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə dünya çempionatının yarışları baxımlı keçir.

Bunu Trend-ə tamaşaçı Tatyana Lipilina deyib.

O, Milli Gimnastika Arenasında ilk dəfə olmadığını deyib:

“Deyə bilərəm ki, tribunalarda mühit çox xoşdur. Tamaşaçılar təkcə öz ölkələrinin gimnastlarını deyil, digər ölkələrdən olan idmançıları da dəstəkləyir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti