...

Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi oldular (YENİLƏNİB)

İdman Materials 22 Sentyabr 2019 19:41 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır
Cəbrayıl Həsənov və Şərif Şərifov dünya ikincisi oldular (YENİLƏNİB)

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, səkkizinci yarış günündə sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizəyə start verilib.

Mübarizəyə 1/8 finaldan qoşulan Əhmədnəbi Qvarzatilov sensasiyaya imza ataraq kubalı dünya çempionuna qalib gəlib və 1/4 finala yüksəlib. İranlı pəhləvanla qarşılaşma dramatik keçib. Qarşılıqlı xalların olduğu görüşdə rəqib sevinən tərəf olub.

Cəbrayıl Həsənov da mundiala 1/8 finaldan start verib. Yığmamızın kapitanı Ukrayna güləşçisini yenərək 1/4 finala adlayıb. Bu mərhələdə yerli idmançını da devirən Həsənov yarımfinala vəsiqə qazanıb. Təcrübəli gülçimiz slovakiyalı rəqibin də öhdəsindən gələrək ardıcıl 2-ci dəfə dünya çempionatının finalında iştirak hüququ qazanıb. Sentyabrın 22-də ötən il finalda qarşılaşdığı Kayl Daykla üz-üzə gələn Cəbrayıl amerikalı rəqibinə məğlub olaraq növbəti dəfə gümüş medal qazanıb.

Aleksandr Qostiyev ilk görüşdə Özbəkistan idmançısına məğlub olub.

Şərif Şərifov təsnifat mərhələsində Koreya güləşçisini üstələyib. Olimpiya, dünya və Avropa çempionumuz Ukrayna güləşçisinə də gücünü göstərərək adını 1/4 finala yazdırıb. Titullu pəhləvanımız ötən il dünya çempionatının 1/4 finalında Aslanbek Alborova qalib gəlmiş Elizbar Odikadzeni üstələyərək yarımfinala yüksəlib və bununla da Olimpiadaya lisenziyanı təmin edən ilk sərbəst güləşçimiz olub. Yarımfinalda olimpiya və 2 qat dünya çempionu Kayl Snayderdən güclü olan Şərif sentyabrın 22-də olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olmuş Abdulrəşid Sadullayevlə qarşılaşıb və həlledici görüşdə uduzaraq gümüş medalı boynundan asıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti