...

Cüdoçumuz dünya birinciliyinin bürünc medalını qazanıb

İdman Materials 27 Sentyabr 2019 19:49 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir. Yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb.

Trend-in məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz 3-cü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luicci Centraçioya qalib gəlib. Bu millimizin Almatı şəhərində qazandığı 2-ci medaldır. Xatırladaq ki, dünən Kamran Süleymanov gümüş medala sahib olub.

Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti