...

18 yaşlı xokkeyçi xəstəlikdən öldü

İdman Materials 3 Fevral 2020 14:43 (UTC +04:00)
Rusiyanın Gənclər Xokkey Liqasında iştirak edən “Snejnıe Barsı” (Qazaxıstan) klubunun qapıçısı ölüb
18 yaşlı xokkeyçi xəstəlikdən öldü

Bakı. Trend:

Rusiyanın Gənclər Xokkey Liqasında iştirak edən “Snejnıe Barsı” (Qazaxıstan) klubunun qapıçısı ölüb.

Trend-in məlumatına görə, 18 yaşlı Vilen Prokofyev uzun sürən sarkoma xəstəliyi nəticəsində həyatını itirib.

Qeyd olunur ki, bədxassəli şiş onun bədənində 4 ay əvvəl aşkar olunmuşdu.

V.Barısov “Snejnıe Barsı” klubunda 2013-cü ildən bəri iştirak edir və bu klubun heyətində liqanın 29 matçına çıxıb. O, həmçinin Qazaxıstanın gənclərdən ibarət milli komandasında 4 oyunda qapını qoruyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti