...

Mayk Tayson rinqə qayıda bilər

İdman Materials 25 Aprel 2020 13:29 (UTC +04:00)
Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıda bilər
Mayk Tayson rinqə qayıda bilər

Bakı. Trend:

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıda bilər.

Trend-in məlumatına görə, bunu 53 yaşlı sabiq boksçu özü deyib.

O, hazırda məşqlərini davam etdirdiyini bildirib.

M.Tayson əlavə edib ki, rinqdə 3-4 raund keçirə bilməsi üçün forma yığmağa çalışır.

Qeyd edək ki, ağır çəkidə mütləq dünya çempionu olmuş boksçu 2005-ci ildə karyerasını bitirib. Mayk Tayson karyerası ərzində keçirdiyi döyüşlərdə 44-ü nokautla olmaqla 50 qələbə qazanıb, 6 dəfə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti