...

Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək

İdman Materials 9 İyun 2020 11:56 (UTC +04:00)
Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək. Bu barədə Trend-ə “Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.
Karantindən sonra Azərbaycanda ilk futbol matçı keçiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Premyer Liqası karantinə görə dayandırılandan sonra ilk futbol matçı keçiriləcək.

Bu barədə Trend-ə “Qarabağ” futbol klubunun mətbuat xidmətindən məlumat verilib.

İlk matç “Sabah”la “Qarabağ” arasında hazırlıq oyunu olacaq.

Masazırdakı yoxlama matçı bu gün saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq. Sabah isə 3 yoxlama qarşılaşması birdən keçiriləcək.

Bunlar “Neftçi” – “Keşlə”, “Zirə” – “Səbail” və “Sumqayıt” – “Qəbələ” görüşləridi.

Xatırladaq ki, martın 8-dən məcburi fasiləyə yollanan Premyer Liqamızın iyunun 21-də XXI turla davam etməsi nəzərdə tutulub.

Yoxlama matçı
9 iyun
19:30. “Sabah” – “Qarabağ”
Bakı. “Bank Respublika Arena” stadionu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti