...

İtaliyada futbolçular koronavirusa yoluxarsa, çempionat ləğv ediləcək

İdman Materials 10 İyun 2020 01:54 (UTC +04:00)
İtaliyada futbolçular koronavirusa yoluxarsa, çempionat ləğv ediləcək

Bakı. Trend:

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina iyunun 20-də bərpa olunacaq futbol çempionatının necə keçiriləcəyi barədə danışıb.

Trend-in məlumatına görə, o bildirib ki, futbolçular arasında koronavirusa yoluxma qeydə alınsa, matçlar yenidən dayandırılacaq və çempionat ləğv ediləcək.

Bu halda ölkə çempionunu, avrokuboklara gedəcək komandaları, eləcə də liqadan düşəcək komandaları təyin etmək üçün pley-off təşkil olunacaq.

İtaliya mətbuatı yazır ki, bir sıra klublar bu təkliflə razı deyil.

Qeyd edək ki, İtaliya A seriyası iyunun 20-də Torino-Parma matçı ilə bərpa olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti