...

Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi

İdman Materials 29 Noyabr 2020 10:02 (UTC +04:00)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi

Bakı. Trend:

Boks üzrə keçmiş dünya çempionları Mayk Tayson ilə Roy Cons arasındakı döyüş heç-heçə ilə nəticələndi.

Trend-in məlumatına görə, mübarizə hər raund iki dəqiqə olmaqla səkkiz raund davam edib.

Döyüşə nəzarət edən Kaliforniya Dövlət Atletika Komissiyasının qərarına əsasən, döyüşdə nokautlar qadağan edilmişdi.

Həmçinin mübarizənin rəsmi nəticələri statistikada qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti