...

Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub

İdman Materials 7 Mart 2021 16:55 (UTC +04:00)
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub

Bakı. Trend:

Azərbaycan atleti Aleksis Kopello Polşanın Torun şəhərində keçirilən Qış Avropa çempionatında gümüş medal qazanıb.

Trend xəbər verir ki, təmsilçimiz üçtəkanla tullanma yarışında 17,04 metrlik nəticə göstərib. Bununla da o, mövsüm ərzində özünün ən yaxşı nəticəsinə imza atıb.

Bu yarışda qızıl medala Portuqaliyanı təmsil edən kubalı Pedro Pablo Piçardo nail olub. O, 17,30 metrlik göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Almaniyalı Maks Heb isə 17,01 metr nəticə ilə bürünc medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti