...

Azərbaycan idmançıları Rumıniyada keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirində yeddi medal qazanıblar

İdman Materials 20 May 2021 23:20 (UTC +04:00)
Azərbaycan idmançıları Rumıniyada keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirində yeddi medal qazanıblar

Bakı. Trend:

18 və 19 may tarixlərində Rumıniyanın Buxarest şəhərində bədii gimnastika üzrə “Irina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.

Trend-in məlumatına görə, yarışda ölkəmizi Kamilla Seyidzadə, Məryəm Əliyeva, Alina Məmmədova, Gövhər İbrahimova və Aydan Rəhimova təmsil edib.

Qızlarımız bu yarışda uğurla çıxış edərək, komandaya müxtəlif əyarda tam 7 medal qazandırıblar.

2007-ci təvəllüdlü gimnastların yarışında çıxış edən Alina Məmmədova gürzlərlə icra etdiyi kompozisiyasına görə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Alina topla çıxışına görə 3-cü olub. Onun həmyaşıdı Kamilla Seyidzadə topla gümüş, halqa ilə çıxışına görə bürünc medal qazanıb.

2009-cu il təvəllüdlü gimnastlar arasında yarışan gimnastlarımız da mükafatçılar sırasına daxil olub. Məryəm Əliyeva halqa ilə fəxri kürsünün 1-ci, topla çıxışına görə isə 3-cü pilləsində yer alıb. Onunla eyni yaş qrupunda çıxış edən Aydan İbrahimova da halqa ilə bürünc medal əldə qazanıb. Gövhər İbrahimova isə ən yaxşı nəticəsini halqa ilə göstərərək, bu proqram üzrə 6-cı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti