...

"Arsenal"ın hücumçusu Obameyanqın ürəyində problemlər yaranıb

İdman 15 Yanvar 2022 04:08 (UTC +04:00)

Bakı. Trend:

Qabon millisinin və "Arsenal" klubunun futbolçusu Pyer-Emerik Obameyanqın ürəyində problemlər yaranıb.

Trend-in məlumatına görə, bu barədə Qabon Futbol Federasiyasının mətbuat xidməti bildirib.

Məlumata əsasən, Obameyanq yanvarın 6-da Qabon milli komandasının oyunlarına qoşulduğu zaman koronavirusa yoluxub. Afrika Futbol Konfederasiyasının qərarına əsasən, hücumçu, eləcə də Qabon millisinin futbolçuları Mario Lemina və Aksel Meyer Qana millisi ilə Afrika Millətlər Kubokunun 2-ci tur matçında iştirak etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti