...

Pekində Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib

İdman 24 Yanvar 2022 10:44 (UTC +04:00)
Pekində Qış Olimpiya Oyunlarına gələn daha 6 nəfərdə koronavirus aşkar edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına gələn nümayəndə heyətlərinin üzvlər arasında daha 6 nəfərdə koronavirusa yoluxma aşkar edilib.

Trend-in məlumatına görə, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 529 nəfər, o cümlədən 153 idmançı gəlib. Keçirilən PSR testləri nəticəsində biri idmançı olmaqla altı nəfərdə virus aşkar edilib.

Ötən gün 72 nəfərdə yoluxma qeydə alınmışdı.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən 20-dək keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti