...

Qış Olimpiya Oyunlarında növbəti Azərbaycan idmançısı çıxışına başlayıb

İdman Materials 15 Fevral 2022 14:00 (UTC +04:00)
Qış Olimpiya Oyunlarında növbəti Azərbaycan idmançısı çıxışına başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında növbəti Azərbaycan idmançısı çıxışına başlayıb.

Trend-in məlumatına görə, fiqurlu konkisürən Yekaterina Ryabova qadınlar arasında qısa proqramda iştirak edir.

O, ilk 24 idmançı arasında yer alacağı təqdirdə sərbəst proqrama vəsiqə qazanacaq.

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti