Bakı. Orxan Nəbiyev - Trend:
Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında qısa proqramda çıxışını başa vurub.
Trend-in məlumatına görə, o, 61.82 xalla ilk 24 idmançı arasında yer alaraq sərbəst proqrama vəsiqə qazanıb.
Y.Ryabova fevralın 17-də sərbəst proqramda mübarizəsini davam etdirəcək
Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.
Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.