...

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb

İdman Materials 17 Fevral 2022 14:03 (UTC +04:00)
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarında final mərhələsində mübarizəyə başlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın çıxış etdiyi qadınlar sərbəst proqram yarışları başlayıb.

Trend-in məlumatına görə, onunla yanaşı daha 24 idmançı final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki. Y.Ryabova fevralın 15-də qısa proqramda 61.82 xalla 16-cı yer tutmuşdu.

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti