...

Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarını 15-ci yerdə başa vurub

İdman Materials 17 Fevral 2022 18:02 (UTC +04:00)
Azərbaycan idmançısı Qış Olimpiya Oyunlarını 15-ci yerdə başa vurub

Bakı. Orxan Nəbiyev - Trend:

Pekində davam edən 24-cü Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabova qadınlar arasında sərbəst proqramda çıxışını başa vurub.

Trend-in məlumatına görə,118,15 xalla 15-ci yeri tutub. Y.Ryabova fevralın 15-də qısa proqramda 61.82 xalla 16-cı yer tutmuşdu.

İki çıxışın yekununda 179,97 xal toplayan idmançı Olimpiya Oyunlarını 15-ci sırada başa vurub.

Qadınlar arasında fiqurlu konkisürmə üzrə fərdi proqramda Olimpiya çempionu adını Rusiya fiqurlu konkisürəni Anna Şerbakova qazanıb, gümüş medalı digər rusiyalı idmançı Aleksandra Trusova, bürünc medalı isə yaponiyalı Kaori Sakamoto qazanıb.

Xatırladaq ki, digər idmançımız Vladimir Litvintsev kişilər arasında yarışda iki proqramın yekununda 18-ci olmuşdu.

Çində Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti