...

Norveç Qış Olimpiya Oyunlarında yeni rekord vurub

İdman Materials 18 Fevral 2022 14:05 (UTC +04:00)
Norveç Qış Olimpiya Oyunlarında yeni rekord vurub

Bakı. Orxan Nəbiyev - Trend:

Pekində davam edən Qış Olimpiya Oyunlarında Norveç komandası yeni rekord vurub.

Trend-in məlumatına görə, bu gün kişilər arasında biatlon yarışlarında bu ölkənin idmançısı Yohannes Tinqnes Bö qızıl medal qazanıb.

Beləliklə, Norveçin bu Olimpiya oyunlarında qazandığı qızıl medalların sayı 15-ə çatıb.

Bundan əvvəlki rekord Norveç və Kanadaya (14 qızıl medal) məxsus idi.

Qeyd edək ki, Qış Olimpiya Oyunları fevralın 20-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti