Bakı. Cani Babayeva - Trend:
Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək böyük məmnunluqdur.
Bunu Trend-ə yarışların iştirakçıları, Qazaxıstan gimnastları Zaxar Bazileviç və Anton Qolubev deyib.
"Biz təsnifat mərhələsində çıxışımızdan razıyıq. Bakıda Milli Gimnastika Arenası kimi gözəl zalda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında iştirak etməkdən çox məmnunuq", - deyə A.Qoluvbev bildirib.
Z.Bazileviç qeyd edib ki, sabahkı yarışlara mənəvi cəhətdən hazırdırlar və yaxşı nəticə göstərəcəklərinə ümidvardırlar.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.
Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında qüvvələrini sınayacaqlar.
Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)