...

Bakıda FIG kubokunun təqdimatı keçirilib (FOTO)

İdman Materials 3 Aprel 2022 16:31 (UTC +04:00)
Bakıda FIG kubokunun təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Aprelin 3-də Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində FIG Kubokunun təqdimatı keçirilib.

Trend-in məlumatına görə, FIG Kuboku dörd dünya kubokunda göstərilən üç ən yaxşı nəticələrinə əsasən gimnastlara verilib.

Kuboka İsrail gimnastı Aleksandr Myakinin (tirdə hərəkətlər), Qazaxıstan idmançısı Nəriman Qurbanov (dəstəli at üzərində hərəkətlər), ukraynalı gimnast Daniela Batrona (gimnastika tirində hərəkətlər) və Macarıstan idmançısı Dorina Bötsögöora (sərbəst hərəkətlər).

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilib.

Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayıb.

2022-ci ildə bu gimnastika növü üzrə müxtəlif ölkələrdə keçirilən Dünya Kubokunun üç mərhələsindən sonra Bakıda keçiriləcək yarışlar final mərhələsi hesab olunur.

Yarış zamanı azərbaycanlı gimnast Nikita Simonov halqa hərəkətləri üzrə FIG Dünya Kubokunun bürünc medalını qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti