...

Pirlo "Braqa" klubunun baş məşqçisi ola bilə

İdman Materials 17 Aprel 2022 19:31 (UTC +04:00)
Pirlo "Braqa" klubunun baş məşqçisi ola bilə

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubunun sabiq baş məşqçisi Andrea Pirlo Portuqaliyanın "Braqa" klubunun baş məşqçisi ola bilər.

Bu barədə Trend "A Bola"ya istinadən xəbər verir.

Məlumata əsasən, Portuqaliya klubu 42 yaşlı mütəxəssisə cari mövsümün sonunda baş məşqçi vəzifəsini təklif etmək niyyətindədir.

Xatırladaq ki, A.Pirlo "Yuventus"u 2021-ci ilin may ayında tərk edib.

Xəbər lenti

Xəbər lenti