...

Azərbaycan basketbolçuları V İslam Həmrəyliyi Oyunlarında növbəti mərhələyə yüksəliblər

İdman Materials 14 Avqust 2022 03:32 (UTC +04:00)
Azərbaycan basketbolçuları V İslam Həmrəyliyi Oyunlarında növbəti mərhələyə yüksəliblər

Konya.Trend:

Azərbaycanın 3x3 basketbol komandası V İslam Həmrəyliyi Oyunlarında Türkiyə komandasına qalib gəlib.

Trend-in məlumatına görə, C qrupunda Türkiyə komandasına 21:12 hesabı ilə qalib gələn Azərbaycan komandası yarışın növbəti mərhələsinə yüksəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Onların nəticələrinə görə, idmançılar 355 medalla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti