...

23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İslamiadanın bürünc medalını qazanıb

İdman Materials 16 Avqust 2022 17:48 (UTC +04:00)
23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İslamiadanın bürünc medalını qazanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

23 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası V İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıb.

Trend-in məlumatına görə, komanda finalda Əlcəzair millisi ilə qarşılaşıb.

Əsas vaxtda qarşılaşma heç-heçə başa çatıb. Penaltilər seriyasının nəticələrinə görə, Azərbaycan 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti