...

Xarici nümayəndə heyətləri 1-ci "Ocaq" beynəlxalq kubokunun yüksək səviyyədə təşkil olunduğunu qeyd edir - Vəfa Bakarova

İdman Materials 25 Noyabr 2022 15:32 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 1-ci "Ocaq" beynəlxalq kubokunda iştirak edən xarici nümayəndə heyətləri yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edir.

Bunu bu gün Trend-ə “Ocaq Sport” Klubunun İdarə heyəti sədri vəzifəsini müvəqqəti icra edən Vəfa Bakarova deyib.

"Bədii gimnastika üzrə 1-ci "Ocaq" beynəlxalq kuboku yarışları üç gün davam edəcək. Yarışda 13 ölkədən 317, o cümlədən Azərbaycandan 200 gimnast iştirak edir. Kubok gənc gimnastlar üçün keçirilir, ən böyük gimnastlar 2007-ci il, ən kiçiklər 2016-cı il təvəllüdlüdür", - deyə o bildirib.

V.Bakarova vurğulayıb ki, yarış iştirakçıları arasında yarışlarda ilk dəfə iştirak edənlər də, beynəlxalq turnirlərdə yarış təcrübəsi olanlar da var.

Qeyd edək ki, 1-ci "Ocaq" beynəlxalq kuboku noyabrın 25-27-də keçiriləcək. 13 ölkənin nümayəndəsi "Ocaq" idman klubunun ilk beynəlxalq tədbrində qüvvələrini sınayacaq. Yarışlarda 2007-2016-cı il təvəllüdlü gimnastlar həm fərdi, həm də qrup hərəkətlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti