...

Qadın güləşçimiz reytinq turnirində üçüncü olub

İdman Materials 4 Fevral 2023 01:29 (UTC +04:00)

Bakı. Trend:

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Trend xəbər verir ki, reytinq turnirinin üçüncü günündə - fevralın 3-də 5 güləşçimiz mübarizə aparıb.

Təmsilçilərimizdən yalnız Alyona Kolesnik fəxri kürsüyə qalxıb. Turnirdə 59 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğundan qalib dairəvi sistem üzrə keçirilən görüşlərdən sonra müəyyənləşib. Qadın güləşçimiz yekunda bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) bürünc əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti